Adı Rusiyanın Ukraynaya təcavüzünün  şərikləri siyahısına   əlavə edildi
14 sentyabr 2023 18:44 (UTC +04:00)

Adı Rusiyanın Ukraynaya təcavüzünün şərikləri siyahısına əlavə edildi

Ukrayna Qarabağdakı erməni quldurlarının sabiq başçısı Araik Arutyunyanın adını Rusiyanın təcavüzünə yardım edənlərin siyahısına salıb.

Lent.az Vesti.az-a istinadən xəbər verir ki, Araikin Arutunyanın adı “Mirotvorets” resursuna daxil edilib.

Araik Arutyunyan Rusiya tərəfindən Ukraynanın bəzi regionlarının ilhaq olunmasını alqışladığı üçün bu gün həmin siyahıya salınıb.

# 1803
avatar

Oxşar yazılar