AMİP-in parlament seçkilərində necə iştirak edəcəyi AÇIQLANDI 
15 may 2024 17:29 (UTC +04:00)

AMİP-in parlament seçkilərində necə iştirak edəcəyi AÇIQLANDI 

Azərbaycanda hələ rəsmi qərar verilməsə də, hazırda siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu barədə bir neçə dəfə açıqlama verərək bildirib ki, parlament seçkiləri ilə bağlı artıq siyahılar yenilənib və hazırlıqlar gedir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar isə yoxdur. Hakim Yeni Azərbaycan Partiyası isə konkret açıqlama verərək seçki prosesi ilə bağlı hazırlıqların artıq başladığını bildirib. Deputatların əksəriyyəti və digər siyasətçilər də sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəyini və hətta neçə nömrəli seçki dairəsindən qatılacağını belə açıqlayıblar. 

Maraqlıdır, görəsən siyasi partiyalar parlament seçkilərində iştirak edəcəkmi?

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov Lent.az-a açıqlamasında bildirib ki, hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səsləndirilir və müzakirələr aparılır. Onun sözlərinə görə, amma konkret bir qərar yoxdur:

“Buna görə də parlament seçkilərinin keçirilməsi ilə bağlı bir şey deyə bilmərik. Amma partiya olaraq biz həmişə seçkilərdə iştirakı məqbul hesab etmişik. Bundan əvvəlki seçkilərdə də iştirak etmişik və uğurlarımız da var. Parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar verildikdən sonra mütəşəkkil şəkildə partiya olaraq seçkilərdə iştirak edəcəyik. Partiya üzvlərimiz müvafiq dairələr üzrə öz namizədliyini irəli sürəcəklər. Partiya seçki prosesinə aktiv şəkildə qoşulacaq. Parlament seçkiləri ilə bağlı dəqiq qərar verilməyib deyə, namizəd olacaq üzvlərimiz hələ müəyyən deyil. Kimin hansı seçki dairəsində qalibgəlmə potensialının hansı səviyyədə olması ilə bağlı təhlillər aparılacaq. Seçkidə iştirak etmək, uğur qazanmaq geniş və dərin təhlillər tələb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4245
avatar

Arzu Qurbanlı

Oxşar yazılar