Deputat:  Azərbaycan artıq tükənən resurslara deyil, strateji üstünlüklərə söykənir
19 iyun 2026 14:24 (UTC +04:00)

Deputat: Azərbaycan artıq tükənən resurslara deyil, strateji üstünlüklərə söykənir

0

Dünən Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində etdiyi çıxışında Azərbaycanın son illərdə qazandığı uğurları, regionda formalaşan yeni reallıqları və gələcəyə dair strateji hədəfləri diqqətə çatdırdı. Dövlət başçısı çıxışı zamanı Ermənistanın işğal dövründə Azərbaycan xalqına vurduğu ağır zərbələri də xatırladaraq, xüsusilə 65 məscidin dağıdılmasının heç vaxt unudulmayacağını vurğuladı.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirdi ki, bu mesaj təkcə keçmişin ağrılarını xatırlatmaq deyil, həm də tarixi ədalətin bərpasının və mədəni irsin qorunmasının vacibliyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyırdı:

Hikmət Babaoğlu: Yeni kadr təyinatları milli inkişafımızın prioritetlərinin  realizə olunmasına hesablanıb - AZƏRTAC

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edəndə bir sıra mühüm məsələlərə toxundu, o cümlədən Azərbaycanda və regionda yaranmış dini reallıqlar kontekstində Azərbaycanın potensial gələcək gündəliyi ilə bağlı mühüm əıhəmiyyətli fikirlər səsləndirdi. Bu fikirlərdə Azərbaycanın son otuz ildə keçdiyi yolun təhlili və onun yaratdığı reallıqların gələcək inkişafla bağlı formalaşdırdığı şərtlər var idi. Son otuz ildə ölkənin keçdiyi inkişaf yolu göstərir ki, Azərbaycan yalnız enerji resurslarına arxalanan dövlət kimi qalmaq niyyətində deyil. Dövlət başçısı da xüsusi olaraq vurğuladı ki, neft və qaz ehtiyatları tükənən resurslardır. Buna görə də Azərbaycan uzunmüddətli inkişaf strategiyasını tükənməyən imkanlar üzərində qurur.

Azərbaycan tükənən resurslardan istifadə edərək öz iqtisadiyyatını, kommunikasiyasını və beynəlxalq münasibətlər sistemindəıki rolunu tükənməyən ehtiyatlarla təmin etmək üçün strateji addımlar atıb. Bura ərazi bütövlüyümüzün təmin edilməsi, uzun illər ərzində Azərbaycanın həyata keçirdiyi kommunikasiya və logistika layihələrinin strateji mövqeyimizi artırması, coğrafi baxımdan məhdud imkanlarımızın (dənizə çıxışın olmaması) olmamasını kommunikasiya vasitələri ilə təmin edilməsi və bunun əsasında yeni, davamlı iqtisadiyyatın qurulması məsələləri daxildir. Bu konteksdə əlbəttə ki, Azərbaycanın tranzit ölkəyə çevirilməsi, eyni zamanda şərqlə qərb, şimalla cənub arasında yaratdığı yeni kommunikasiyalar ilə stratejji mövqeyini gücləndirəklə regional və qlobal iqtisadi inteqrasiyaya töhfələr ötürmək imkanlarını dilə gətirdi.

Bu strategiyanın əsas istiqamətlərindən biri ölkənin əlverişli coğrafi mövqeyindən maksimum istifadə etməklə onu beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirməkdir. Son illərdə həyata keçirilən irimiqyaslı nəqliyyat və kommunikasiya layihələri Azərbaycanın Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən əsas tranzit qovşaqlarından birinə çevrilməsinə imkan yaradıb. Dənizə birbaşa çıxışının olmamasına baxmayaraq, ölkə müasir nəqliyyat dəhlizləri vasitəsilə bu məhdudiyyəti strateji üstünlüyə çevirə bilib.

Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də ərazi bütövlüyünün tam bərpa olunmasından sonra yaranan yeni imkanlar idi. Azərbaycanın tarixi Zəfəri təkcə ölkənin suverenliyini təmin etmədi, həm də Cənubi Qafqazda tamamilə yeni siyasi və iqtisadi mühit formalaşdırdı. Artıq regionun gələcəyi müharibə və qarşıdurma prizmasından deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və birgə inkişaf baxımından müzakirə olunur.

Dövlət başçısının mesajlarından biri də Azərbaycanın sülh gündəliyinə sadiq qalması idi. Rəsmi Bakı regionda davamlı sabitliyin təmin olunmasını, nəqliyyat kommunikasiyalarının açılmasını və iqtisadi əməkdaşlığın genişləndirilməsini əsas prioritet kimi təqdim edir. Azərbaycan bu gün regionda təşəbbüs irəli sürən və yeni əməkdaşlıq formatlarını formalaşdıran əsas aktorlardan biri kimi çıxış edir.

Əgər altı il əvvəl Cənubi Qafqaz haqqında danışarkən əsas mövzu yeni müharibə riskləri və təhlükəsizlik problemləri idisə, bu gün vəziyyət tamamilə dəyişib. Azərbaycanın yaratdığı yeni reallıqlar regionun inkişafını sülh, qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya üzərində qurmağa imkan verir. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün yeni perspektivlər açır.

Prezident İlham Əliyevin çıxışı həm Azərbaycanın keçdiyi inkişaf yolunun qiymətləndirilməsi, həm də gələcək strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm mesajlar ehtiva edirdi. Səsləndirilən fikirlər göstərir ki, Azərbaycan bundan sonra da iqtisadi dayanıqlılığın artırılması, beynəlxalq nəqliyyat layihələrinin genişləndirilməsi və regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində siyasətini davam etdirəcək”.

Yazı Medianın İnkişafı Agentliyinin “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəqazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinəcinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar