Ərdoğan   bu tarixdə Azərbaycana gəlir
09 iyun 2023 13:55 (UTC +04:00)

Ərdoğan bu tarixdə Azərbaycana gəlir

Yenidən Türkiyənin prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk səfərlərini iki ölkəyə edəcək.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana gələcək.

Azərbaycan və Türkiyə prezidentlərinin Qafqazda sülh və sabitliyə yönəlmiş mesajlarla çıxış edəcəyi bildirilir.

# 3396
avatar

Oxşar yazılar