Ərdoğan Paşinyanla  görüşündən   DANIŞDI
14 iyun 2023 16:20 (UTC +04:00)

Ərdoğan Paşinyanla görüşündən DANIŞDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla iyunun 3-dəki görüşündən danışıb.

Lent.az bildirir ki, bu barədə "HürriyyəT qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistanın baş nazirinin inauqurasiyaya dəvətə cavab verməsi mühüm addım olub. “Paşinyan bir çox maneələri dəf edərək, öz ölkəsində müxalifəti aşaraq bizim dəvətimizi qəbul etdi. Bu mərasimdə baş nazir Paşinyanla ancaq qısa görüşə bildik, Həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəyi ilə bağlı müzakirələr aparıldı”. - Ərdoğan bildirib. 

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, bu ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamaq mümkündür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2342

Oxşar yazılar