Ermənilər Daşkəsəni atəşə tutdu
12 oktyabr 2022 15:24 (UTC +04:00)

Ermənilər Daşkəsəni atəşə tutdu

0

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2499

Oxşar yazılar