Ermənilər Kəlbəcərdə traktoru atəşə tutdular
13 iyun 2023 14:38 (UTC +04:00)

Ermənilər Kəlbəcərdə traktoru atəşə tutdular

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1991

Oxşar yazılar