Ermənilər Laçındakı buraxılış məntəqəsini atəşə tutdu, sərhədçimiz yaralandı
15 iyun 2023 10:00 (UTC +04:00)

Ermənilər Laçındakı buraxılış məntəqəsini atəşə tutdu, sərhədçimiz yaralandı

İyunun 15-də saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub və əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3943

Oxşar yazılar