Ermənilər Naxçıvanı atəşə tutub
04 sentyabr 2023 11:48 (UTC +04:00)

Ermənilər Naxçıvanı atəşə tutub

Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Lent.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Oxşar yazılar