Ermənilər Naxçıvanı yenə atəşə tutdu
16 iyun 2023 10:09 (UTC +04:00)

Ermənilər Naxçıvanı yenə atəşə tutdu

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Lent.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3083

Oxşar yazılar