“Ali Baş Komandan, qələbəmizin müəllifi İlham Əliyevin medalla təltif olunması məsələsinə Milli Məclis tərəfindən baxmalıyıq”.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Azər Badamov deyib.
Deputat təklif edib ki, bununla bağlı qanun layihəsi hazırlansın və payız sessiyasının qanunvericilik işləri planına salınsın.