İyunun 23-dən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsini dayandırır.
Lent.az bildirir ki, bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.
Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu da bir daha diqqətə çatdırılır.