Tovuzda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə “Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclərin rolu” adlı tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclər daha da fəal olmalı və erməni yalanları ilə aktiv mübarizə aparmalıdırlar.
Millət vəkili gəncləri oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və Azərbaycana qarşı yalan kampaniyalara qarşı mübarizə aparmağa çağırıb.
Görüşün sonunda Q.Paşayeva gənclərə və müəllimlərə müəllifi olduğu “Müasir Avropa təhlükəsizliyi: Yeni çağırışlar və təhdidlər(Cənubi Qafqaz münaqişələri timsalında)”, “Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə başlıca təhdid kimi” kitablarını imzalı hədiyyə edib və onların suallarını cavablandırıb.