[b] Bakı polisi aksiyada iştirak edənlərin sayını açıqladı[/b]
11 sentyabr 2016 20:05 (UTC +04:00)

[b] Bakı polisi aksiyada iştirak edənlərin sayını açıqladı[/b]

0

 "Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib".

 

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumatda bildirilib.

 

Məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

Məlumatda o da bildirilib ki, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar