Prezident İlham Əliyev bir neçə səfiri geri çağırıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bundan başqa Mir-Həmzə Nazim oğlu Efendiyev Niderland Krallığından, Rövşən Şamil oğlu Cəmşidov Avstraliya İttifaqı və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyadadan, Azər Tofiq oğlu Hüseyn isə Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.