Xarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək.
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, E. Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı və 8-9 dekabr tarixində Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak edəcək.
Sözügedən tədbirlərdə nazirin çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.