Ərdoğan Azərbaycan prezidentinə zəng edib
24 dekabr 2016 14:26 (UTC +04:00)

Ərdoğan Azərbaycan prezidentinə zəng edib

0

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar