Azərbaycan prezidenti İlham Əliyev Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Uhuru Kenyattaya təbrik məktubu ünvanlayıb.
Lent.az-ın Azərtac-a istinadən xəbərinə görə, Azərbaycan prezidenti məktubda dost Keniya xalqına əmin-amanlıq və rifah arzulayıb.