İlham Əliyevdən misirli həmkarına <span style="color:red;">BAŞSAĞLIĞI
12 dekabr 2016 16:09 (UTC +04:00)

İlham Əliyevdən misirli həmkarına BAŞSAĞLIĞI

0

 

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Qahirə şəhərində törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

 

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni zəruri hesab edirik.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar