İlham Əliyev Özbəkistanın yeni prezidentini təbrik edib
05 dekabr 2016 19:31 (UTC +04:00)

İlham Əliyev Özbəkistanın yeni prezidentini təbrik edib

0

Azərbaycan prezidenti İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və çoxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcək. Hörmətli Şavkat Miromonoviç, sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar