İslam Kərimovun ölüm xəbəri rəsmən təsdiqləndi  - <span style="color:red;">YENİLƏNİB
02 sentyabr 2016 18:49 (UTC +04:00)

İslam Kərimovun ölüm xəbəri rəsmən təsdiqləndi - YENİLƏNİB

0

 

Özbəkistan hökuməti ölkə prezident İslam Kərimovun vəfat etməsi barədə  xəbərləri təsdiqləyib.

 

APA-nın xəbərinə görə, bu barədə "İnterfaks" agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb.

 

**

17:12

“Paytaxt Daşkənd daxil olmaqla ölkənin bütün şəhərlərində dövlət bayraqları endirilib. Paytaxta və İslam Kərimovun dəfn ediləcəyi Səmərqənd şəhərlərinə giriş-çıxış ciddi nəzarətə götürülüb. Hazırda bütün dövlət adamları Səmərqənddə, İslam Kərimovun anadan olduğu şəhərdədir.  Onun ata evinə isə minlərlə səmərqəndli axın edir”.

 

Bu barədə Lent.az-a Özbəkistandakı mənbə bildirib. Mənbənin dediyinə görə, hazırda Özbəkistanda qeyri-rəsmi fövqəladə vəziyyətdir. İslam Kərimov sabah Səmərqənddə dəfn olunacaq. O, Şahizində qəbirstanlığında, anası və iki qardaşıyla yanaşı dəfn ediləcək.

 

**

12:20

 

Özbəkistan prezidentiİslam Kərimov vəfat edib.

 

APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Xatırladaq kii, ötən gün Özbəkistan hökuməti İ. Kərimovun kritik durumda olduğunu açıqlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar