Makedoniyada Azərbaycan icmasının sədri deputat seçildi
12 dekabr 2016 12:24 (UTC +04:00)

Makedoniyada Azərbaycan icmasının sədri deputat seçildi

0

 

Makedoniyada keçirilən parlament seçkilərində Türk Hərəkat Partiyasının baş katibi Enes İbrahim seçkilərdə qələbə qazanıb.

 

Partiya Makedoniyada formalaşan yaşam koalisiyasının tərkibində seçkilərdə iştirak edirdi. Xatırladaq ki, Enes İbrahim Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Lent.az-ın məlumatına görə, bu barədə məlumatı cəmiyyətin Azərbaycan təmsilçisi, jurnalist Elnur Eltürk verib. “Enes İbrahimin təmsil olunduğu partiyanın seçkilərdə qələbə qazanması bizi çox sevindirdi. Enes İbrahim Makedoniyada türkləri müdafiə etməklə yanaşı, Türk dünyasını və onun bir parçası olan Azərbaycanı da təmsil edir. Hər zaman Azərbaycan məsələsini gündəmdə saxlayır. Enes İbrahim həm də Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Qarabağ və Xocalı mövzusunda bir çox konfranslar keçirib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar