Məmmədyarov GUAM-ın iclasına sədrlik edib
08 dekabr 2016 20:19 (UTC +04:00)

Məmmədyarov GUAM-ın iclasına sədrlik edib

0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib.

 

Azərbaycan  rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.

 

XİN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

 

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

 

Görüşün sonunda iclasın protokolu təsdiq olunub.

 

İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar