Prezidentdən Səudiyyə Ərəbistanının kralına <span style="color:red;">TƏBRİK
22 sentyabr 2016 18:21 (UTC +04:00)

Prezidentdən Səudiyyə Ərəbistanının kralına TƏBRİK

0

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Əlahəzrət,

 

Əziz Qardaşım,

 

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

 

İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və rifah diləyirəm”.

 

Prezident həmçinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuda da təbrik məktubu göndərib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar