Prezident İlham Əliyev Vyetnamın prezidenti Çan Day Kuanqı Vyetnamın müstəqillik günü münasibətilə təbrik edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Əminəm ki, tarixən xoş ənənələrə əsaslanan dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".