Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb
07 sentyabr 2016 17:31 (UTC +04:00)

Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb

0

 

Millət vəkili Qənirə Paşayeva Tovuz sakinləri ilə görüş keçirib.

 

Lent.az-ın məlumatına görə, sakinlərin millət vəkilinə ünvanladığı müraciətlərin çoxu işsizlik, mənzil problemləri, xəstəliklərin müalicəsi, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyacı olduğunu bildirənlər xüsusi yer tutub.

 

Q. Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

 

Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə müzakirələr aparıb.

 

Daha sonra kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşən Q.Paşayeva onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar