Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə “Kommersant” qəzeti yazıb.
Məlumata görə, D. Roqozin Bakıya Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası ərəfəsində gəlir. Qəzetin yazdığına görə, səfərin gündəliyinə Azərbaycan rəhbərliyi ilə görüş və silah ixracına dair danışıqlar daxildir.
“Danışıqlarda məqsəd həmçinin “İsgəndər” operativ-taktiki raket kompleksinin Ermənistanda yerləşdirilməsinə aydınlıq gətirmək, rəsmi Moskvanın mövqeyini Azərbaycan tərəfinə izah etməkdir”, qəzet yazır.
Qeyd edək ki, Bakıda dekabrın 16-da Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək