Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib
29 noyabr 2017 12:22 (UTC +04:00)

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

0

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

 

Səfər dekabrın 1-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar