
Təhsil nazirinin müavini şagird çantalarının ağırlığı məsələsinə toxundu
“Orta məktəblərdə, ibtidai siniflərdə dərsliklərin sayının, şagird çantasının ağırlığının azaldılması üçün elektron tədris vasitələrinə keçid prosesinə başlanıb”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib: “Bu məsələdə bizim təhsil aldığımız dövrlə indiki dövrü müqayisə etmək düzgün deyil. Çünki bizim dövrümüzdə nə böyüklər, nə də gənclər bu dərəcədə informasiya bolluğu olan cəmiyyətdə yaşamırdılar. Sadəcə, biz uşaqlarımızın daha çox bilik və bacarıq əldə etmələri üçün tədris prosesində dəyişiklik etmək məcburiyyətində qalmışıq. Çətin də, ağır da olsa, buna qatlaşmalıyıq. Çantaların ağırlığı məsələsi isə yəqin ki, yaxın illərdə öz həllini tapacaq. Azərbaycan təhsilində elektron tədrisin tətbiq olunması ilə bu problem həll olunacaq”.
Oxşar yazılar

III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05
Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33