Millət vəkili qəzəbləndi: “Fahişələrin adına toyxanalar-restoran, şadlıq evləri...”
“Görəsən dünyanın hansı şəhərində Bakıdakı, bütövlükdə Azərbaycandakı qədər qondarma şadlıq evləri və restoran adlarına rast gəlmək olar? Mən təsəvvürümə gətirə bilmirəm”.
Lent.az-ın məlumatına görə, bunu xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı söyləyib.
Sabir Rüstəmxanlı deyib ki, nikah bağlamaq, ailə qurmaq, evlənmək müqəddəs bir işdir və ona kölgə düşməsini ,onun adının hallanmasını da heç kim istəmir, yaxud, istəməz. Hər kəs istəyər ki, pak, təmiz bir yerdə bu izdivac baş tutsun və o, ömürlük yadda qalsın: “Amma bir baxın, Bakıda nə qədər köhnə, antik fahişələrin adına toyxanalar - restoran, şadlıq evləri var?! “Afrodita”, “Kleopatra”, nə bilim, daha nələr... Bunların bəzilərini də bəzən azərbaycanlı olmayan, bizim dilimizi sevməyən insanlar edirlər, bizim millətimizi təhqir etmək istəyirlər. Açırlar şadlıq evlərini, restoranları və onlara ya dədə-babalarının adlarını, yaxud da, öz dillərində bir şey uydurub tapmayanda, itin dili olsun, qurdun dili olsun, təki azərbaycanlıların dili olmasın, qoyurlar. Bunların da arxasında Azərbaycana və azərbaycanlılara xroniki nifrəti olan adamlar dayanır. Görünür, onların içində azərbaycanlılara bir xroniki nifrət var ki, bu eybəcər adları, fahişələrin adlarını bu şadlıq evlərinə, restoranlara “pərçim” edirlər və bizim uşaqlarımız, övladlarımız da məcbur olub gedib orada toy edirlər. Hesab edirəm ki, bunlar təcili yığışdırılmalı , bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir”.

Oxşar yazılar

Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05