Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayır
Bununla bağlı http://www.azerbaijans.com/ saytının qurucusu İlham Abduyev internet istifadəçilərinə müraciət edib. Lent.az-a daxil olan müraciətdə bildirilir:
“Əziz həmvətənlər!
Biz http://www.azerbaijans.com/ saytının həyata keçirdiyi yeni layihələrlə bağlı sizə məlumat vermişdik. Sentyabr ayının 17-də saat 12:00-da həmin layihələrdən növbətisi – www.butalife.com sosial şəbəkə saytı artıq istifadəyə veriləcək.
Məlumdur ki, hər bir insanın həyatın müxtəlif sferalarında, xüsusilə müasir informasiya cəmiyyətində sosiallaşması onun həm fərdi, həm də ictimai yönümdə inkişafının əsas şərtlərindəndir. Belə ki, istənilən anda cəm olma, bizi əhatə edən informasiyaların təhlili, mənimsənilməsi və mübadiləsi müasir dünyagörüşünün formalaşmasında xüsusi çəkiyə malikdir.
Məhz sosiallaşma insanı cəmiyyətin aktiv bir üzvünə çevirir və hər bir fərdin cəmiyyət üçün yararlığını artırır.
Bütün bu söylənilənləri əsas hədəf kimi seçən www.butalife.com sosial şəbəkəsi öz tipinə və mahiyyətinə görə digər sosial şəbəkələrdən, xüsusilə milli sosial şəbəkələrdən fərqlənəcək.
Bu sayt ilk növbədə Azərbaycandan dünyaya açılan pəncərə olacaq. Əsas hədəfimiz milliliklə yanaşı, beynəlxalq status qazanmaq və dünyada sosial debatların ən etibarlı məkanlarından birinə çevrilməkdir. www.butalife.com sosial şəbəkəsi internet məkanında tanınmış digər sosial şəbəkələrin bir çox üstün cəhətlərini psixoloji momentlər nəzərə alınmaqla həm vizual, həm də texniki baxımdan özündə birləşdirən bir sayt olacaq. Bundan əlavə, sayta onlayn TV-lər, dünyanın ən populyar informasiya vasitələrinin xəbər manşeti yerləşdirilmiş blok, blogger səhifələri, imtahan-test, biznes bölmələri və s. əlavə olunacaq ki, bunu sosial şəbəkələr üçün yenilik kimi qiymətləndirmək olar”.

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı-FOTO
22 iyul 2025 , 07:10
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09