Binəqədidə təhsil işçilərinin konfransı keçirildi - FOTO
Binəqədi rayonunda təhsil işçilərinin növbəti konfransı keçirilib. Lent.az-ın məlumatına millət vəkillərinin, ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin, idarə, təşkilat, müəssisə rəhbərlərinin və təhsil işçilərinin iştirak etdiyi konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təhsil sisteminin inkişafının ümumilikdə, ölkəmizin sosial-iqtisadi inkişafından qaynaqlandığı bildirib. Hesabat məruzəsi ilə çıxış edən RİH başçısının müavini Vüsal İsmayılov rayonda fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbində 2011-2012-ci tədris ilində 2529 nəfər şagirdin məktəbi bitirdiyini, bunlardan 2247 nəfərinin ali məktəblərə sənəd verdiyini və 1184 nəfərin ali məktəblərə qəbul olunduğunu bildirib. Tələbə adını qazananlardan 47 nəfərinin 600-dən, 16 nəfərinin isə 650-dən çox bal topladığını diqqətə çatdırılıb.
O, Prezidentin sərəncamı ilə rayonun 3 məktəbinin - 157, 276 və 313 nömrəli məktəblərin “Ən yaxşı ümumtəhsil məktəbi” adına, 4 nəfər müəllimin “Ən yaxşı müəllim” adına layiq görüldüyünü, 1 nəfər müəllimin “Əməkdar müəllim” və 2 nəfər müəllimin isə “Tərəqqi” medalı ilə təltif olunduğunu bildirib.
Millət vəkilləri Eldar İbrahimov, Madər Musayev və Rafael Cəbrayılov tədbirdə çıxış edərək tədbir iştirakçılarını yeni tədris ilinin başlaması münasibətilə təbrik ediblər.
Sonda təhsil sahəsində əldə etdiyi uğurlara görə həmin məktəb, müəllim və tələbələrə RİH başçısının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Oxşar yazılar

Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
2 avqust 2025 , 11:11
Bakıda hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
2 avqust 2025 , 11:02
Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07
Dörd BÜRC üçün yeni imkanlar açılacaq: Uğur zirvəsində olacaqsınız
1 avqust 2025 , 18:43
Lənkəranda məktəbi söküb yerində mərkəz tikirlər? - Valideynlər və müəllimlər narazıdırlar
1 avqust 2025 , 17:24