Universitetlərdən şikayət var
Təhsil Nazirliyinə ali və orta ixtisas təhsili müəssisələrindəki nöqsanlara dair daxil olan müraciətlərdə imtahan nəticələrindən narazılıq, diplomların məzunlara verilməsinin gecikdirilməsi, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əks olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avqust ayında daxil olan müraciətlərin 1122-si telefonla, 74-ü elektron poçt vasitəsilə qəbul edilib. Həmin müraciətlərin əksər hissəsi sorğu xarakterli olub. Belə ki, müraciətlərin 163-ü ümumi təhsil məktəblərinin fəaliyyəti (bir məktəbdən digərinə yerdəyişmə, məktəbli forması, ümumi təhsil məktəblərində dərs ilinin başlanmasına dair və s.), 668-i müəllimlərin işə qəbulu, 177-si I sinifə vaxtından əvvəl şagird qəbulu, 59-u xaricdə təhsil, 43-ü ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, 24-ü subbakalavr, bakalavr və magistr təhsili və 45-i isə müxtəlif digər məsələlərlə əlaqədardır. Ötən ay baxılmış 17 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, ümumi təhsil məktəbləri ilə əlaqədar Bakıdan 5, Sumqayıtdan 3, Abşeron rayonundan 2, Saatlı rayonundan 1 şikayət məzmunlu müraciət daxil olub. Ali və orta ixtisas təhsili müəssisələrindən 6 müraciət qəbul edilib. Onlardan 3-ü dövlət, 2-si özəl, 1-i isə orta ixtisas təhsili müəssisəsi ilə əlaqədardır. Daxil olan bütün müraciətlər müvafiq struktur bölmələr tərəfindən araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb. Bu aylar ərzində qəbul edilmiş şikayət xarakterli müraciətlərin əksəriyyətinin araşdırılması zamanı onların anonim olduğu müəyyən edilib.

Oxşar yazılar

Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37
Ağıllı insanların dostu niyə az olur? - Maraqlı ARAŞDIRMA
22 iyul 2025 , 15:55
Uşaqların yoluxduğu infeksiya ölümə səbəb ola bilər - PEDİATRLA MÜSAHİBƏ
22 iyul 2025 , 15:26
Bakınının bu ərazisində 10 gündür su niyə gəlmir? - RƏSMİ CAVAB
22 iyul 2025 , 14:14
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20