Bakının bağlı küçə və prospektləri - SİYAHI
Bu gün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını təqdim edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, mərkəz Neftçilər prospektində (Puşkin küçəsi kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər, Dəniz limanının qarşısı) təmir işlərinin aparılması ilə əlaqədar olaraq tamamilə bağlanması haqqında əhaliyə xəbərdarlıq edir.
Eyni zamanda Abbas Mirzə Şərifzadə küçəsinin Yaşar Abdullayev küçəsi ilə kəsişməsindən “Kaktus” restoranı istiqamətində hərəkət hissəsi bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub və Ü.Hacıbəyov küçəsində hərəkət hissəsi müvəqqəti 2 istiqamətli olduğundan K.Səfərəliyeva və Rixard Zorge küçələri bağlanıb.
Bundan başqa, Mərkəz yeni tunellərin tikintisi ilə əlaqədar olaraq bağlı və açıq yolların siyahısını sürücülərin nəzərinə çatdırır.
Alı Mustafayev küçəsində körpü keçidindən sonra yeni tunel tikilir, lakin kənar yollar hər iki tərəfdən açıqdır.
Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yeni körpünün tikintisi ilə əlaqədar olaraq kənar yollar mütəmadi olaraq bağlanıb-açılır.
Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsinin kəsişməsinə qədər yeni tunel tikilir. Lakin kənar yollar açıqdır.
Əziz Əliyev küçəsində və Bülbül prospektinin Zərifə Əliyeva ilə kəsişməsi istiqamətində isə təmir bərpa işləri başa çatıb və yol artıq istifadəyə verilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Oxşar yazılar

Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37
Ağıllı insanların dostu niyə az olur? - Maraqlı ARAŞDIRMA
22 iyul 2025 , 15:55
Uşaqların yoluxduğu infeksiya ölümə səbəb ola bilər - PEDİATRLA MÜSAHİBƏ
22 iyul 2025 , 15:26
Bakınının bu ərazisində 10 gündür su niyə gəlmir? - RƏSMİ CAVAB
22 iyul 2025 , 14:14
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20