Binəqədidə bir neçə orta məktəbin açılışı olub – FOTO
Bakı şəhərinin Binəqədi rayonundakı 32 orta ümumtəhsil məktəbinin hamısında “15 sentyabr - Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib. Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, 3, 100, 126, 244, 246, 276 və 284 saylı məktəblərdə əsaslı təmirdən sonra açılış mərasimləri təşkil olunub.
Xocasən qəsəbəsindəki 103 saylı orta məktəbdə isə 32 sinif otaqlı 640 şagird yerlik əlavə tədris korpusunun açılışı baş tutub. 3, 102 və 276 saylı məktəblərin bayram tədbirlərində çıxış edən icra başçısı Xaləddin İsgəndərov mərasim iştirakçılarını təbrik edib. O, ölkə rəhbərliyi səviyyəsində təhsilə göstərilən dövlət qayğısından bəhs edərək, belə gözəl şəraiti olan məktəblərin şagirdlərindən gözəl nəticələr gözlədiyini vurğulayıb.
Qeyd edək ki, açılış mərasimlərinə həmçinin Binəqədi rayonundan millət vəkilləri seçilmiş Madər Musayev və Rafael Cəbrayılov da qatılıb.

Oxşar yazılar

Yaxın günlərdə arxadan vurulacaqsınız: 3 BÜRCƏ xəbərdarlıq
3 may 2025 , 18:30
Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı - YENİLƏNİB
3 may 2025 , 18:00
İnsanlar ölməzdən əvvəl üç şeyə peşman olurlar - tibb bacısının hekayəsi
3 may 2025 , 17:15
Yapon "Baba Vanqa"dan iyul ayında fəlakət XƏBƏRDARLIĞI
3 may 2025 , 16:00
Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
3 may 2025 , 14:21
Sabah leysan və sulu qar yağacaq - PROQNOZ
3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək davam edəcək?
3 may 2025 , 10:42