Krımda Azərbaycanın puluna tikilən qalanın yubileyi keçiriləcək
Lent.az-ın verdiyi məlumata görə, Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov deyib ki, “Qaranquş yuvası” tarixi abidəsinin yubileyi ilə bağlı hazırlıq işləri yüksək səviyyədə aparılır.
Krım Nazirlər Şurasında “Qaranquş yuvası”-nın 100 illiyinin keçirilməsi ilə bağlı Dövlət Komitəsi yaradılıb, vəsait ayrılıb. Qala Qaspar qəsəbəsində Ay-Todor burnunda 40 metr hündürlükdə Avrora qayasında tikilib. Tikili orta əsr zadəgan qəsrini xatırladır. “Qaranquş yuvası” Krımın özünəməxsus simvoluna çevrilib. “Qaranquş yuvası” Krımda istirahət etməyi sevən Bakı neft sənayesinin tanınmış simalarından olan Şteynqelin sayəsində hazırkı formasına salınıb. O, Avrora qayasında sahə alıb və burada romantik qala tikməyə qərar verib. 1927-ci ildə baş verən güclü zəlzələ qalaya zərər vurub. 1970-ci illərdə qala bərpa olunub. Bu qalada S.Qovoruxinin məşhur “On zəngi qadın”, Ceki Çanın oynadığı “Polis tarixi 4: Birinci zərbə” filmləri çəkilib.
Krımdakı Azərbaycan icması bu qalanın yubileyini keçirməyi və mərasimə Azərbaycandan nümayəndə dəvət etməyi təklif edib.

Oxşar yazılar

Zəngin olmaq üçün doğulan BÜRCLƏR
23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi
22 iyul 2025 , 19:52
İşə getmək istəməyənlər üçün klinika açıldı
22 iyul 2025 , 19:20Sabah hava bir az sərin olacaq
22 iyul 2025 , 19:08
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
22 iyul 2025 , 18:19
Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq
22 iyul 2025 , 17:33
Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37