Gənc mütəxəssislərimiz Almaniyadadır
18 sentyabr 2012 13:38 (UTC +04:00)

Gənc mütəxəssislərimiz Almaniyadadır

Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə start verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, akademiyanın professor və dosent heyəti tərəfindən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda azərbaycanlı müdavimlər üçün ultrasəs müayinəsi və anesteziologiya-reanimotologiya üzrə elmi-praktiki kurslar keçirilir.

Kurslara respublika üzrə dövlət xəstəxanalarında çalışan mütəxəssislər cəlb edilib. Kursların növbəti mərhələsi 2012-ci il oktyabr ayında nəzərdə tutulub.

Prezident İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində səhiyyənin prioritet sahələri üzrə ixtisaslarının artırılması istiqamətində işlər davam etdirilir. Gənc tibb mütəxəssislərimiz dünyanın nüfuzlu klinikalarında kurslara göndərilirlər. Səhiyyə Nazirliyi tərəfindən avqust ayından etibarən növbəti gənc mütəxəssislərdən ibarət heyət Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndəriliblər. Proses ilin sonuna kimi davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811

Oxşar yazılar