Koreyanın yeni səfiri BDU-da – FOTO
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Çoi Suk İni qəbul edib. Lent.az-ın məlumatına görə, qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb.
Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov, BDU-nun beynəlxalq aləmə inteqrasiyasından bəhs edib. Universitetdə Koreya dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini deyən rektor, bu işdə Koreyadan dəvət olunmuş müəllimlərlə yanaşı yerli müəllimlərin də xidmətini xüsusi qeyd edib. Bakı Dövlət Universiteti ilə Koreya universitetləri arasında münasibətlərdən məmnunluq ifadə edən A.Məhərrəmov əmin olduğunu bildirib ki, səfir Çoi Suk İn bu əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Rektor həmçinin universitetdə bir çox mərkəzlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və bu sırada Koreya mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Qeyd edib ki, bu mərkəz Azərbaycan və Koreya arasında əsas körpü rolunu oynaya bilər.
Səfir Çoi Suk İn universitetlə tanışlıqdan, Koreya dili və ədəbiyyatının tədrisindən razılığını ifadə edib. O, görüşün tərcüməçisi, bu dil üzrə təhsil alan şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Nurlana Məmmədovanın hazırlığını buna nümunə göstərib. Sonda qərara alınıb ki, oktyabrın 12-də səfirlik Koreya dili və ədəbiyyatı üzrə təhsil alan tələbələr arasında natiqlik müsabiqəsi keçirsin.

Oxşar yazılar

Güclü leysan yağacaq - Sabahın havası
17 iyun 2025 , 12:49
NOVXANIDA ƏMƏLİYYAT: səs-küy salan restoranlar CƏRİMƏLƏNDİ
17 iyun 2025 , 12:46
Neçə gün şəxsiyyət vəsiqəsiz yaşamağa icazə var? - CAVAB
17 iyun 2025 , 11:55
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
17 iyun 2025 , 11:40
Yayı unudulmaz keçirəcək 5 bürc: siyahıda kimlər var?
17 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
17 iyun 2025 , 08:35
Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14