Mərkəzi Neftçilər Xəstəxanası “açıq qapı” aksiyası keçirir
20 sentyabr 2012 11:21 (UTC +04:00)

Mərkəzi Neftçilər Xəstəxanası “açıq qapı” aksiyası keçirir

0
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası 20 sentyabr 2012-ci il tarixində Neftçilər Günü münasibəti ilə “açıq qapı” aksiyası keçirir. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Aksiya zamanı neft saniyəsində xidmət göstərən şəxslərin ailə üzvlərinə, təqaüdçü neftçilərə xəstəxananın mütəxəssisləri tərəfindən baxış keçiriləcək. Ehtiyacı olanlar ambulator poliklinikadan, təcili tibbi yardımdan, laborator xidmətdən, habelə exokardioqrafiyadan, elektrokardioqrammadan, USM, rentgen müayinələrindən ödənişsiz istifadə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1889

Oxşar yazılar