(R) Azercell ingilis dili kursunu bitirən jurnalistlərə sertifikat verdi - FOTO
20 sentyabr 2012 11:35 (UTC +04:00)

(R) Azercell ingilis dili kursunu bitirən jurnalistlərə sertifikat verdi - FOTO

Azercell Telekom MMC-nin “Kaspi” Təhsil Mərkəzi ilə birlikdə keçirdiyi növbəti “Jurnalistlər üçün ingilis dili kursları” sona çatdı. Sentyabrın 18-də Beynəlxalq Mərbuat Mərkəzində keçirilən mərasimdə kursu uğurla bitirən media nümayəndələrə şirkət tərəfindən sertifikatlar təqdim olundu. Bundan əlavə, kursda daha yüksək səviyyə nümayiş etdirən 2 jurnalist seçilərək əlavə təhsil almaq üçün Londona göndərilir. Bu dəfə Londona gedəcək iştirakçılar Media Consuıting and Service şirkətindən Samir İsmayıl və QHTxeber.az portalından Sənan Nəcəfov oldu. KİV nümayəndələri dil biliklərini daha da gücləndirmək üçün gələn ilin aprelində 2 həftə ərzində Böyük Britaniya paytaxtında xüsusi kurslara qatılacaqlar.

Azercellin jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları 6 ay davam edib. “Kaspi” Təshil Mərkəzində baş tutan məşğələlər zamanı müxtəlif KİV təmsilçilərinə bir neçə səviyyəli proqram üzrə kurs keçirilib. Mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək şansı yaradılıb.

Tədbirdə Azercell təmsilçiləri ingilis dilini öyrənmək istəyən qələm nümayəndələri üçün növbəti kursun vaxtını elan etdilər. Yeni qruplara yığım 18-25 sentyabr tarixlərində həyata keçiriləcək. Kursda ən azı 1 il təcrübəsi olan media nümayəndələri iştirak edə bilər. Yeni kurs haqqında ətraflı məlumat almaq və ərizə formasını yükləmək üçün “Kaspi” təhsil mərkəzinə müraciət etmək lazımdır.

Azercell 5 ildən artıqdır ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək 200-dən çox KİV təmsilçisi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Şirkət ingilis dili kursları təşkil etməklə mətbuat işçilərinin inkişaf etməsinə, beynəlxalq əlaqələrinin gücləndirilməsinə yardım edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1841

Oxşar yazılar

Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20
Sabah hava bir az sərin  olacaq

Sabah hava bir az sərin olacaq

22 iyul 2025 , 19:08
Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti - PROQNOZ

Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ

22 iyul 2025 , 18:19