Azərbaycan və Avstriya arasında memorandum imzalanıb - FOTO
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində Nazirlər Konfransı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Avstriyanın federal əmək, sosial işlər və istehlakçıların müdafiəsi naziri Rudolf Hundstrofer tərəfindən sentyabr 19-da iki ölkə arasında əmək, məşğulluq və sosial təminat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum tərəflərin ən qabaqcıl milli təcrübələrini paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində səylərinin birləşdirilməsini, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Sənəddə həmçinin, əlilliyi olan insanların tibbi və sosial problemlərinin həlli, əlilliyin qiymətləndirilməsi sistemi, əlilliyi olan insanlar üçün peşə təlimi və reabilitasiyanın təşkili məsələlərini nəzərdə tutan əlillik siyasətinin inkişaf etdirilməsi digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi əksini tapıb.

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU
2 may 2025 , 19:59
Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB
2 may 2025 , 19:27
Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
2 may 2025 , 18:16
Aprelin 6-da keçirilən imtahanların NƏTİCƏLƏRİ
2 may 2025 , 17:33
Dünyanın ən yaxşı çimərlikləri - SİYAHI
2 may 2025 , 15:51
“Xaricdə təhsil” fırıldaqçılarından necə yayınaq? – Bu şirkətlərlə ehtiyatlı olun
2 may 2025 , 15:23
"Manatlıq taksilər qazandıqlarını cəriməyə verirlər" - Yol polisindən AÇIQLAMA
2 may 2025 , 15:11