ATV və ANS-ə xəbərdarlıq
Sentyabrın 20-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda “Azad Azərbaycan Teleradio Şirkəti” və “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ANS televiziyasının efirində yayımlanan “İkinci həyat»” verilişində və 17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ATV televiziyasının efirində yayımlanan “Ümid var” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Azad Azərbaycan Teleradio Şirkəti” və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.
Jalə

Oxşar yazılar

Bu rayon işıqsız qalacaq
23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?
23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün doğulan BÜRCLƏR
23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi
22 iyul 2025 , 19:52
İşə getmək istəməyənlər üçün klinika açıldı
22 iyul 2025 , 19:20Sabah hava bir az sərin olacaq
22 iyul 2025 , 19:08