
ANS-ə növbəti xəbərdarlıq
Sentyabrın 24-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan “İkinci həyat” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən, “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.
Oxşar yazılar

Dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür-YENİLƏNİB
23 iyul 2025 , 20:22Əsrin Günəş tutulması: Dünya 6 dəqiqə qaranlığa qərq olacaq
23 iyul 2025 , 20:15
Məşhur modeldən görünməmiş toy geyimi: Heç kim gəlinə baxmadı
23 iyul 2025 , 19:59
Leysan yağacaq - XƏBƏRDARLIQ
23 iyul 2025 , 19:03
Yalnız günəş və dəniz: bu BÜRCLƏRİN təcili çimərlik tətilinə ehtiyacı var
23 iyul 2025 , 18:54
Azərbaycanda havalar nə zaman sərinləyəcək?
23 iyul 2025 , 18:00
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
23 iyul 2025 , 15:06