Daha bir şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 115 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəna Zümürxanovaya məxsus “Tərlan” şadlıq evində dövlət nəzarəti aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, şadlıq evində istehsal olunan və istehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunan texnoloji təlimat və resepturalar olmadan, həmçinin təhlükəsizlik göstəricilərinə nəzarət olunmadan hazırlanır. Yeməklərin bişirilməsində istifadə olunan xammalların uyğunluq sertifikatları, toyuq, mal və quzu ətinin baytarlıq şəhadətnaməsi mövcud deyil.
Alkoqolsuz içkilərin saxlanıldığı soyuducu kameraya keçirilən baxış zamanı yararlılıq müddəti əsassız olaraq 1 il qeyd olunan “Müqa-Pak” nişanlı düşes, “Rodniki zakavkaziya” adlı düşes, tərxun və qazlı su içkiləri aşkar edilib. Normativ sənəd üzrə düşes və tərxun alkoqolsuz içkilərinin saxlanılma müddəti 20 gün olduğu halda aşkar edilmiş məhsulların üzərində 1 il qeyd olunub. Həmçinin normativ sənədlərə əsasən meyvə nektarlarının saxlanılma müddəti maksimum 9 ay olduğu halda, aşkar edilmiş “Sweet” və “Favorit” nişanlı albalı və şaftalı nektarları üzərində yararlılıq müddətinin 1 il qeyd olunduğu müəyyən edilib.
Bundan başqa şadlıq evinin mətbəxində mənşəyi məlum olmayan süni balıq kürüsü, üzərində istehsalçısı barədə məlumat olmayan “Çernoqolovka” nişanlı “Tərxun” alkoqolsuz içkisi aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, xammalların saxlanılması, məhsulların hazırlanması zamanı sanitar norma və qaydalara riayət olunmur. Müxtəlif saxlanılma rejimlərinə malik məhsullar mətbəxdə mövcud olan eyni soyuducu kamerada məhsulların spesifikasiyasına uyğun saxlanılma rejiminə nəzarət olunmadan saxlanılır. Bir neçə gün öncə keçirilmiş toy mərasimindən qalan məhsulların (şişdə balıq, dondurulmuş balıq, bişmiş bildirçin əti və s.) soyuducuda saxlanıldığı da müəyyən olunub.
Normativ sənədlərin tələblərinə uyğun gəlməyən, mənşəyi bilinməyən məhsullarla bağlı akt tərtib edilib, həmin məhsulların istifadəsi qadağan edilib.
Jalə

Oxşar yazılar

Dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür-YENİLƏNİB
23 iyul 2025 , 20:22Əsrin Günəş tutulması: Dünya 6 dəqiqə qaranlığa qərq olacaq
23 iyul 2025 , 20:15
Məşhur modeldən görünməmiş toy geyimi: Heç kim gəlinə baxmadı
23 iyul 2025 , 19:59
Leysan yağacaq - XƏBƏRDARLIQ
23 iyul 2025 , 19:03
Yalnız günəş və dəniz: bu BÜRCLƏRİN təcili çimərlik tətilinə ehtiyacı var
23 iyul 2025 , 18:54
Azərbaycanda havalar nə zaman sərinləyəcək?
23 iyul 2025 , 18:00
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
23 iyul 2025 , 15:06