Bakıda 3 beynəlxalq səhiyyə sərgisi keçirilir - FOTO
Bakıda 18-ci beynəlxalq səhiyyə sərgisinin açılışı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin dəstəyi ilə keçirilən sərginin açılış mərasimində iştirak edən səhiyyə nazirinin müavini Elsevər Ağayev sərginin əhəmiyyətindən söz açıb: “Son illər ərzində ölkədə tikilən, yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən tibb müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı bu cür sərginin də ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir”.
Sərgidə iki gün ərzində dünyanın 16 ölkəsindən 107 şirkətin tibbi avadanlıq və məhsulların nümayiş etdiriləcəyi bildirilib.
Qeyd edək ki, “BİHE-2012” sərgisi ilə eyni vaxtda daha iki tədbir - 7-ci Azərbaycan beynəlxalq stomatologiya sərgisi və 6-cı Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi də keçirilir.

Oxşar yazılar

Dörd BÜRCƏ möhtəşəm cümə günü vəd edilir
25 iyul 2025 , 00:02
İyulun 13-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
24 iyul 2025 , 22:49
İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI
24 iyul 2025 , 22:28
Bakının bəzi yerlərində içməli su niyə yoxdur? - RƏSMİ AÇIQLAMA
24 iyul 2025 , 22:24
Aldatmağa, şantaj etməyə və qisas almağa qadir olan süni intellekt: Yeni ARAŞDIRMA
24 iyul 2025 , 20:15
Sabahkı hava meteohəssas insanlara necə təsir edəcək? - PROQNOZ
24 iyul 2025 , 18:55
İyul Yeni Ayı 4 BÜRCƏ elə şans və zənginlik gətirəcək ki...
24 iyul 2025 , 18:30