“Azərsu” payız-qış mövsümünə hazırdırmı?
“Azərsu” ASC paytaxtın 60-dan artıq küçə və prospektində yağış sularının axıdılması üçün yağış barmaqlıqları quraşdırıb”. Bunu Lent.az-a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib.
A. Cəbrayıllının sözlərinə görə, payız-qış mövsümünün əsasən yağıntılı keçməsi səbəbindən əsas diqqət yağış sularının axıdılması məsələsinə yönəldilib: “Bu ilin 8 ayı ərzində Bakıda 55 km kanalizasiya xətti və kollektorlar çəkilib. Yağış sularının ən çox problem yaratdığı Həsən Əliyev küçəsi, Akim Abbasov küçəsi, Şərifzadə küçəsi, Həsən bəy Zərdabi prospektində işlər görülüb və həmin ərazilərdə heç bir problem olmayacaq”. “Azərsu” ASC-nin şöbə müdiri bildirib ki, yağış barmaqlıqlarının yenidən qurmaqda məqsədimiz çirkab suları ilə yağış sularının ayrı-ayrı axıdılmasına nail olmaqdır.
A. Cəbrayıllının sözlərinə görə, payız-qış mövsümündə əkin sahələri suvarılmadığı üçün əhalinin içməli su ilə bağlı heç bir problemi olmayacaq: “Suvarılmaya sərf olunan sular da əhalinin içməyinə sərf olunacaq ”
ASC-nin şöbə müdiri onu da vurğulayıb ki, Azərsu” Səhmdar Cəmiyyəti master planı hazırlanır. “Bu planın hazırlanmasında əhalini 24 saat fasiləsiz və keyfiyyətli su ilə təmin etmək, kanalizasiya şəbəkəsinin yaradılması, həm də yağış sularının idarə olunmasıdır”-deyə, A. Cəbrayıllı əlavə edib.
Anar MƏCİDZADƏ

Oxşar yazılar

Dörd BÜRCƏ möhtəşəm cümə günü vəd edilir
25 iyul 2025 , 00:02
İyulun 13-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
24 iyul 2025 , 22:49
İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI
24 iyul 2025 , 22:28
Bakının bəzi yerlərində içməli su niyə yoxdur? - RƏSMİ AÇIQLAMA
24 iyul 2025 , 22:24
Aldatmağa, şantaj etməyə və qisas almağa qadir olan süni intellekt: Yeni ARAŞDIRMA
24 iyul 2025 , 20:15
Sabahkı hava meteohəssas insanlara necə təsir edəcək? - PROQNOZ
24 iyul 2025 , 18:55
İyul Yeni Ayı 4 BÜRCƏ elə şans və zənginlik gətirəcək ki...
24 iyul 2025 , 18:30