Binəqədidə Ahıllar Günü qeyd olundu - FOTO
Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə 1 oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib. RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Natiq Əliyevin Lent.az-a verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Vüsal İsmayılov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarının timsalında Binəqədinin bütün ahıl vətəndaşlarını təbrik edib. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanların ən hörmətli, müdrik adamlar hesab olunduğunu, onlara hamının hörmətlə yanaşdığını bildirən Vüsal İsmayılov 1992-ci ildən BMT-nin qətnaməsi ilə bu günün “Beynəlxalq Ahıllar günü” kimi qeyd olunduğunu deyib. Azərbaycanda isə 1993-cü ildən oktyabrın 1-i Ahıllar Günü kimi qeyd olunur.
Daha sonra çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini Əli Həsənov və rayon YAP təşkilatının sədri Nəbi Xəlilov dövlət və dövlət rəhbəri tərəfindən atılan addımların, qəbul olunan qanunların, dövlət proqramlarının ahıl vətəndaşların müdafiəsinin gücləndirilməsində böyük rol oynadığını deyiblər.
Çıxış edən ahıl Məmməd Qarayev, Telman Hətəmov, Mehri Məmmədova, Famil Gözəlov, Almaz Hacıyeva və başqaları onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda 100 nəfər ahıl vətəndaş RİH tərəfindən mükafatlandırılıb.

Oxşar yazılar

Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34