“Neft mütəxəssislərinə böyük ehtiyac yaranacaq”
05 oktyabr 2012 17:16 (UTC +04:00)

“Neft mütəxəssislərinə böyük ehtiyac yaranacaq”

0
“Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) həm ölkə daxilində, həm xaricində böyük investisiya layihələri həyata keçirir, müasir neft-qaz kompleksləri tikir. Belə layihələrin həyata keçirilməsi üçün yüksək ixtisaslı, ingilis dilini bilən mühəndis kadrlara böyük ehtiyac yaranacaq”.

Lent.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib. Onun sözlərinə görə, artıq Bakı Ali Neft Məktəbi ARDNŞ-nin qarşıya qoyduğu tələblərə uyğun olaraq kadr hazırlığına başlayıb: “Hazırda həm Azərbaycanda, həm də xaricdə mühəndislik ixtisaslarına böyük ehtiyac var. Hansı ölkədə mühəndislik ixtisasları yüksək sürətlə inkişaf edirsə, o ölkənin iqtisadiyyatı da inkişaf edir”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 973

Oxşar yazılar