“Yeni media-Yeni imkan! Vətənpərvərlik məktəbi”
05 oktyabr 2012 18:39 (UTC +04:00)

“Yeni media-Yeni imkan! Vətənpərvərlik məktəbi”

0
TOHGMİB İnformasiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin öz ideyalarını reallaşdırmasına imkan yaratmaq, sosial şəbəkələr və internetin digər yeni vasitələrindən vətənpərvərlik missiyalı sosial media vasitələrinin yaranmasını dəstəkləməklə vətənpərvərlik ideyalarının təbliğ edilməsidir.

Layihə çərçivəsində keçirilən düşərgədə 40 nəfər gənc birlik tərəfindən seçilərək iştirak etdi. Gənclər üçün hazırlanmış “Yeni media və gənclərin vətənpərvərlik tərbiyəsi” adlı modul vasitəsilə 5 günlük təlim keçirilib. Təlim zamanı yeni medianın ənənəvi mediadan fərqi və ondan istifadə qaydaları geniş müzakirə edilib. İştirakçılar arasında sosial şəbəkələrdə vətənpərvərlik tərbiyəsi məqsədli şəbəkələşmə aparılıb. Təlim iştirakçıları qısa müddətdə layihənin məqsədlərinə dair müxtəlif bloqlar, sosial şəbəkələrdə səhifələr, videosaytlarda mövzuya aid videolar hazırlanması, yerləşdirilməsi üçün bir araya gəliblər. Qısa müddətdə hazırladıqları sosial şəbəkələrdə vətənpərvərlik səhifələrinin, şəkillərin, bloqların təqdimatı keçirilib.

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 984

Oxşar yazılar