TQDK dərsliklərin monitorinqinə başladı
12 oktyabr 2012 17:17 (UTC +04:00)

TQDK dərsliklərin monitorinqinə başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il istifadəyə verilmiş I-V sinif dərsliklərinin monitorinqinə başlayıb. Bunu APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, bununla yanaşı Komissiyada dərs vəsaitlərinin məlumata bazası yaradılır: “Bununla bağlı əlavə informasiya əldə etmək üçün Təhsil Nazirliyinə müraciət olunub. Belə ki, hər bir dərs vəsaitinin məzmunu, istifadə olunmuş ədəbiyyatların kataloqu haqqında məlumatlar istənilib. Beləliklə, TQDK-da hər bir dərs vəsaiti haqqında məlumat bazası yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131

Oxşar yazılar